İspaniyada dənizdə batan qadını dron xilas etdi – VİDEO

İspaniya sahilləri yaxınlığında dənizdə batan qadını dron vasitəsi ilə xilas ediblər.

Müstəqil.Az Oxu.Az-a istinadla xəbər verir ki, pilotsuz təyyarədə quraşdırılan kameradan çəkilən görüntülər daha sonra “YouTube”də yerləşdirilib.

Hadisə Saqunto şəhəri yaxınlığında, Aralıq dənizində baş verib. Özü sahilə qayıda bilməyən qadının yardımına dron göndərilib.

Daha sonra xilasedici kater qadını sahilə çıxarıb.

www.oxu.az

Share: