İŞİD-in növbəti kütləvi məzarlığı tapıldı

İraq hərbçiləri ölkənin şimal-qərbindəki Sincar şəhəri yaxınlığında İŞİD tərəfindən öldürüldüyü təxmin edilən aralarında qadınların və uşaqların da olduğu 140 cəsəd aşkar edib.

Müstəqil.Az  xəbər verir ki, Sincarın cənub hissəsində tapılan ilk kütləvi məzarlıqda 80, eyni bölgədəki ikinci qəbiristanlıqda isə 20 cəsəd tapılıb.

Milislər kütləvi məzarlıqdakı insanların DNT testi ilə kimliyinin müəyyənləşdirilməsi üçün mütəxəssislərin gəlməsini gözləyir.

Qeyd edək ki, İŞİD 2014-cü ildə İraqda yezidilərin əksəriyyət təşkil etdiyi 450 minlik əhalisi olan Sincar şəhərinə hücum edərək şəhər və kəndləri ələ keçirmişdi.

Büllurə

Share: