İşğal olunmuş ərazilərimizdə İrana məxsus 18 narkorun məhv edilib – Özəl

Araşdırma materiallarına görə Azərbaycan Daxili İşlər Nazirliyinin dünyanın kəşfiyyat materialları sırasında qeyd olunan “Heroin müharibəsi”ndə qazandığı qələbələrə görə “Üç dövlətdən” birincisidir.

 

Belə bir açıqlama ABŞ Narkotiklərə Qarşı Mübarizə Administrasiyasının Kəşfiyyat İdarəsinin rəisi olmuş, “Narkokəşfiyyat” İdarəsinin generalı E.P.Plasidonun hesabatında verilmişdi. Lakin generalın Azərbaycanla bağlı açıqlamasının geniş şəkildə yayılmasına və təbliğ olunmasına ABŞ övlət Departamentinin Kəşfiyyat İdarəsinin rəhbəri erməni mənşəli general Borton və onun narkotiklərə qarşı mübarizə qrupu maneə yaratmışdı.

Üstü açılan məsələdə aydın olmuşdu ki, narkotiklərə, eləcə də narkotik və psixotrop maddələrin əkilməsinə, istehsalına, daşınmasına, satışına qarşı keçirilən Beynəlxalq əməliyyatlarda Azərbaycan Dövlətinin apardığı mübarizə tədbirləri və üsulları, ümumən strategiyası öyrənilməli və geniş yayılmalıdır. Məktubda həm də qeyd olunurdu ki, Azərbaycan az müddət ərzində qırx dörd günlük müharibəninn nəticələrinə görə ölkənin polis dəstələri həm narkoterrora qarşı, həm də erməni terror qruplaşmalarının dağıdılmasına qarşı paralel mübarizə aparmışlar. Respublikanın DİN-nin fəaliyyəti nəticəsində işğal olumuş ərzilərimizdən keçən İrana məxsus 18 narko qrupun yolu bağlanmışdı.

İranla sərhəddə silahlı insident: DSX sərhəd pozucularını ...

Qeyd edək ki, bu mühüm məsələ BMT sənədlərində də öz əksini tapmışdır. Bu da məlum olub ki, məhv edilmiş narkoqruplardan üçü məhz Xankəndində peyda olmuş və özünü “Qarabağ xanı” elan etmiş Vardanyanın hələ də nəzarətindədir.

Araşdırma materiallarına görə cənab Vardanyanın “Narkoticarət qrupu” həm rus əsgər və zabitlərini, həm də Xankəndindəki ayrı-ayrı erməni polis və əsgər kontingentini narkotik vasitələrlə təmin edir.

Məlumata görə sülh məramlıların cərgəsində 12 nəfər əsgər və zabit narkotikaya aludə olduqları üçün cərgədən çıxarılıb. Araşırma və tədqiqatlarımız davam edir.

Rövşən Novruzoğlu

Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert, politoloq

Share: