ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Azərbaycan torpaqları ilə bağlı arxivləri açıldı- ÖZƏL

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Azərbaycan torpaqları ilə bağlı arxivlərinin açılması haqda politoloq Rövşən Novruzoğlu Müstəqil.Az-a danışıb: 

Araşdırma materiallarına görə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “Xüsusi Arxiv” sənədləri sırasında saxlanılan uzun müddət işğal altında qalan torpaqlarımızla bağlı və Naxçıvanla bağlı Kəşfiyyat qovluqları açılıb. Uzun müddət bu arxivlərə başçılıq edən erməni soyadlı kəşfiyyat zabiti Borton Abramyan (bəzi sənədlərdə Arakelyan) həmin sənədləri Ermənistanın MH-nin “Xüsusi İdarəsi”nə satıb.

Başqa bir materalda isə bildirilir ki, erməni alimlərinin iştirakı ilə işğala məruz qalmış Səfərabad ərazisində (AES-nın ərazisi) nüvə tədqiqatları istiqamətində laboratoriya qurulub. Araşdırma materiallarında bu da aydın olub ki, həmin laboratoriyanın məxfi məlumatları Framsanın Milli Müdafiə Baş Qərargahına ötürülüb.

“Xüsusi Arxiv Sənədləri” sırasında başqa bir maraqlı məlumatda budur ki, işğal olunmuş torpaqlarımızın İranla sərhəd zolaqları RF-nın Sərhəd Qoşunlarının nəzarətinə verilməsilə bağlı razılıq əldə edilmiş və imzalanmış sənəddir. Bu sənəddə isə vaxtilə ABŞ-ın Kəşfiyyat Departamentinə başçılıq etmiş, general Karlos Ter-Petrosyanın imzası var.

Müstəqil.Az

 

Share: