İsa Məsihin heykəlinin içindən 18-ci əsrə aid məlumatlar tapıldı – VİDEO

İspaniyada 18-ci əsrə aid olan İsa Məsih heykəlinin bərpası zamanı heykəlin budunda gizlədilən kağız parçası tapılıb. Qeyddə 18-ci əsrə aid məlumatlar yer alıb.

Heykəl İspaniyanın cənubundakı Burgos vilayətinin Sotillo de la Riber kəndindəki Santa Agueda kilsəsində saxlanılır. Heykəlin bud hissəsindən 1777-ci ilə aid olan kağız parçası tapılıb. Kağızın rahib tərəfindən yazıldığı deyilir. Kağız parçasında həmin dövrdəki iqtisadi, siyasi, sosial və dini vəziyyət, məşhurlar və əyləncə vasitələri barədə məlumatlar qeyd olunub. Kağız parçasını restavrasiya işçiləri tapıblar. Kağızdakı bütün məlumatlar əllə yazılıb. Kağızın sonunda Burgo de Osma kilsəsinin rahibi Joaquin Minguezin imzası var. Kağızda, həmçinin o dövrün yoluxucu xəstəlikləri, uşaqların oynadığı maraqlı oyunlar və tanınmış idmançıların adları da qeyd edilib. Mütəxəssislərin fikrincə, Joaquin Minguez adlı rahibin məqsədi yaşadığı dövrün tarixini dəqiq şəkildə gələcək nəsillərə ötürmək olub. Müstəqil.Az Haberler-ə istinadla xəbər verir.

 

Share: