İranlı qadın jurnalistə 12 il həbs

İranlı qadı jurnalist Həngamə Şahidi 12 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo xəbər verir ki, İranda müxalif liderlərdən Mehdi Kərrubinin müşaviri kimi çalışmış Şahidi həbs cəzası ilə birlikdə 2 il müddətinə jurnalist fəaliyyətindən də məhrum edilib.
Jurnalist 2009-cu ildə keçirilən mübahisəli prezident seçkilərindən sonra təşkil edilən aksiyalara verdiyi dəstəyə görə 4 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Share: