İran raketləri : Kimə hədəflənib?

 

 

Donald Trampın prezident seçilməsindən sonra İran-Amerika münasibətlərinin daha da gərginləşməsi hamıya aydındır.

Barak Obama dövründə uzun danışıqlar və ağır müzakirələr hesabına başa gələn P5+1 müqaviləsinin Tramp tərəfindən ciddi tənqid edilməsi  və JCPOA-nın Amerika tərəfindən ləğvnin gündəmə gətirilməsi müqavilədə iştirak edən tərəflərin narazılığına səbəb oldu. Avropa Birliyi ölkələri öz rəhbərlərinin dili ilə müqavilədən çıxmayacaqlarını və İranla iqtisadi münasibətlərin inkişaf etdirəcəklərini bildirdilər. Tramp hakimiyyətdə olduğu qısa müddətdə növbəti dəfə Amerika cəmiyyəti və Avropalkı müttəfiqləri ilə üz-üzə dayandı. Planın həyata keçməsinin çətinliyi ABŞ rəhbərliyini bu məsələdə gözləmə mövqeyi tutmağa məcbur etdi. Amma qarşıdurmanın davam etdirilməsi üçün axtarışlar durmaq bilmir.

Bu axtarışların nəticəsi kimi yeni bir münaqişə mənbəyi dövriyyəyə buraxılmışdır. Məlum olduğu kimi, nüvə sahəsində tədqiqatları dayandırdıqdan sonra İran digər sahələrdə o cümlədən, uzun mənzilli raketlər sahəsində sınaqları və  tədqiqatları sürətləndirdi. Qısa müddət ərzində İranın qeyd olunan  sahədə nailiyyətləri diqqət mərkəzinə düşdü. Bu raketlərin Livan, Suriya, Fələstində peyda olması İsrailı və onun himayədarı olan Amerikanı narahat etməyə başladı.

 

Beləliklə, Amerika növbəti dəfə dilemma ilə üzləşdi. Növbəti dəfə Amerikanın İranın regionda irəliləməsinin  qarşını almağa yönələn tədbiri onun avantajına çevrildi. İran nüvə silahının təhqiqatlarından azad olan qüvvələri digər hərbi sahələrin inkişafına yönəltdi və bununla da növbəti dəfə raket məsələsi ilə gündəmə düşdü.

Amerikanın İranın uzaqmənzilli raketlərin istehsalına mane olmaq və onun qarşısını almaq istəyi onun regiondakı strateji maraqları ilə əsaslandırılır. Bildiyimiz kimi, bu maraqlara daxil olan kimponentlər arasında İsrail dövlətinin təhlükəsizliyinin təmin edilməsi və Amerikanın region üzrə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi müttəfiqlərinin asayişinin təmin edilməsidir. İranın raketlərinin bu ölkələri vura biləcək məsafəyə çatdırılması Amerika maraqlaı ilə ciddi antoqanizm təşkil edir. İsrailin raketdən müdafiə sistemləri üçün milyardlarla vəsait xərclənməsi və dünyada ən mükəmməl müdafiə sisteminə malik olması, Səudiyyə Ərəbistanının eyni məqsədlə ABŞ-dan 430 milyard dollarlıq silah alması bu ölkələri yenə də İran raketlərindən qoruya bilmirsə, deməli başqa vasitələrə əl atmaq lazımdır.

Yenə də İran gündəmə gətirildi.

İran həqiqətən,  Orta Şərqdə nüfuzunu artırmaqda davam edir. Amerikanın strateji planları İran üzündən regionda həyata keçə bilmir. İsrail İranın fəaliyyəti nəticəsində ərəb dünyasında özünü təhlükədə hiss edir. Amma regionda və bütün dünyada taktiki raketlərin istehsalı üçün heç bir qadağa olmadığı halda bu İrana necə qadağan oluna bilər? Hansı əsasla? Bu raketlər İsrailə çatır, Səudiyyəni vurur, yaxud Livanda istifadə olunur deyə İranın bu məsələdə qarşısını almaq mümkün kimi görünmür.

Amerika və İsrail prizmasından baxdıqda həqiqətən də İranın Orta Şərqdə irəliləməsi dayandırılmalıdır. Amma buna nail olmaq üçün uyğun bəhanə də tapılmalıdır. Dünya ictimaiyyəti həqiqətən İranın qarşısının alınmasının zərurətini dərk etməli və bu işdə müttəfiq olmalıdırlar. Əks halda raket məsələsi də öz məqsədinə çatmadan dəfn olunacaq.

Əlimusa İbrahimov

Politoloq

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: