İNANILMAZ görünüşlü,”Su pərisinə”bənzəyən uşaq dünyaya gəldi…

Hindistanda “su pərisinə” bənzəyən uşaq doğulub.

Müstəqil.Az “Daily Mail”ə istinadən xəbər verir ki, 23 yaşlı qadının dünyaya gətirdiyi körpənin ayaqları bitişik olub. Qeyd olunur ki, qadın hamiləlik dövründə kasıbçılıq üzündən vaxtlı-vaxtında müayinə olunmadığı üçün uşağın inkişafından məlumatsız olub.

Uşaq dünyaya gəldikdən 4 saat sonra ölüb. Doğuşu həyata keçirən həkimin açıqlamasına görə, uşağın inkişafının zəif getməsinə ananın zəif qidalanması səbəb olub. Onun sözlərinə görə, su pərisinə bənzər uşaqlar 100 mində bir dəfə dünyaya gəlir və adətən həyatda qalmır.

Share: