Hillari Klinton Trampın irqçi baxışlarını pislədi

ABŞ-ın sabiq dövlət katibi və hazırkı prezident Donald Trampın prezidentlik postuna seçkilərdə əsas rəqibi olmuş Hillari Klinton onun “irqçi baxışlarını” tənqid edib.

Bu barədə H.Klinton “Twitter”də yazıb.

«Səkkiz il əvvəl baş vermiş dağıdıçı zəlzələninn ildönümü günü faciəni yada salmaq, dözmkar Haiti xalqını anmaq və ABŞ-ın öz qonşusuna yardım etmək niyyətini göstərmək əvəzinə, biz Trampın ona bənzəməyənlər haqqında savadsız, irqçi baxışlarına dair fikirləri eşitməyə vadarıq”, – deyə H. Klinton qeyd edib.

Qeyd edək ki, D.Tramp immiqrasiya məsələlərinə dair iclasda ABŞ-a Afrika ölkələri, Haiti və Salvadordan gələnlərin “çirkab deşiklər”dən gəldiklərini deyib.

Artıq Haiti hökuməti öz ünvanına səsləndirilən alçaldıcı ifadələrə görə izahat verilməsi üçün ABŞ-ın bu ölkədəki nümayəndəsini aidiyyəti quruma çağırıb.(“Report”)

Müstəqil.Az

Share: