“Yenə biri vicdanını küçələrə hey tüpürür…”-Şair,rəssam Sehran Allahverdinin şeirləri…

Müstəqil.Az rəssam,şair Sehran Allahverdinin yeni şeirlərini təqdim edir:

 

İlgım
Vaxtmı, zaman, ya ilgım,
Gedən nədi, gələn nə?
Dalıyca su atmadım,
Salam verdim gələnə.

Bu karvanın oynu nə,
İlgım dəvə, boynun nə?
Bir dəvənin oyununa…
Daş düşə, qar ələnə.

Neftdi, qazdı, yagdı qar,
Kim deyir ki, agdı qar,
Qar üstünə yağdı qar,
Bu ilgımdan mənə nə?!

 

 

İnsan tükü

Külək əsir,
bərk əsir…
köməyinə tələsr.
bir küçə süpürən qadının.
Sürüyür küçələrdə torpagı tozu,
səhərdən axşamacan insanların tökdüyü
zir-zibili, kagızı.

Elə bərk əsir ki,
az qala adamın özün apara,
çatmır gücü,
alır agzından,
söyüşün,qargışın, sözün aparır.

Elə bərk əsir ki,
dəbərdir agacı kötüyünəcən,
dəbərdir işıgı dirəyinəcən.
Amma, dəbərdə bilmir bir insan vicdanın
gərəyinəcən.

Bu külək dəbərdə bilmir insanın tükünü, belə.
Gücü zir-zibilə çatır, eləcə
uçurdur yüpyüngül politlenləri,
qatır qabagına
iyrənc siqaret kötüklərini.
Aman Tanrım, nədən yaratmısan insanın bu tüklərini.

Odur,
heç tükün də dəbərdmır biri,
bahalı maşının pəncərəsindən,
atır əlindəki şüşəsini yerə,
utanmır, küləkdən,
süpürgəsindən.

Onu süpürməyə can atır külək,
şüşə diyirlənir bir küçə boyu.
çırpilib daşlara ovulur axır.
Söykənib küçədə süpürgəsinə
bir qadın maşının dalınca baxır.

Nə yaxşı külək var…
Vicdanlarsa, nə yazıq ki, azalmaqda…
Nə yazıq ki,
heç tükünü dəbərdməyən yenə biri
vicdanını küçələrə hey tüpürür.
Nə yaxşı ki, bu küləyin vicdanı var,
bir qadına kömək edir,
küçələri hey süpürür.

 

Şəhidim!
Vətən parçalanandan
parçalanmış ürəyəm.
Yaraşarmı önündə dua edəm, baş əyəm?!
Buna layiq olsam belə, iş deyil.
Parçalanmış,
bir parçası ogurlanmış bu torpagın keşiyində
ayıq-sayıq olsam belə, iş deyil..

Şəhidim!
Aglaşırıq- iş deyil,
Atəşkəslə baglaşırıq iş deyil.
Sən ruhunla xilas etdin,
əsır düşmüş,
heç olmasa,
bircə qızı, qadını.
Parçalanmış bu torpagın çatını
qanımızla doldurmasaq,
itirməsək, iş deyil.
Bız təzədən bütöv Vətən bitirməsək, iş deyil.

 

 

Həvəssiz Yeni İl

Yeni illər də
varlı,
kasıb,
həvəslı,
həvəssiz olurlar…

Varlı yeni illər
həvəslə
bahalı evlərə, ofislərə gələr…
Daha çox məşuqəyə bənzər
qar qızıyla,
qrimlənmiş gənc şaxtababasıyla,
içində çoxlu hədiyyələr,
maşını,
arabasıyla.

Kasıb Yeni illərsə
Şaxta babasız,
qar qızsız
qapı-qapı gəzər,
bir illık kirayə yer axtarar
uçuq-sökük evlərdə.
Onların Şaxta babası çoxdan qocalıb,
ölüb, bəlkə də…
qar qızasa yer olmaz belə kiçik evlərdə.

Bu Yeni il
şaxta babasına yaslı gəlir…
intihara meyillidi,
əvvəlkindən bir il uca,
bir ağacdan asılı gəlir.
bir az qoca,
bir az cana doyub gəlir.
Yaddaşı da çox zəifdi,
qar qızını, nəvəsini unudub,
həvəsinı unudub
hardasa qoyub gəlir.

 

Tanrım,
“Göylübazlıq”eləmə!
Mələklərın işi çox,
bir yerə də nəzər sal,
İnsanların işi yox.

Savab yazan mələyin
qondugu ciyinlərə
dag çöküb ondan əvvəl,
İnsan yolun sürüşsə,
şeytan onun yoluna
yag çəkib ondan əvvəl.

İşsizlikdən yaranır bəlkə bütün günahlar.

Günah yazan mələklər
bekar qalmasın deyə
İşsiz qoyma yerləri.

Əzrayılın başını qaşımağa vaxtı yox.
Dünyanın hər yerində
gör nə qədər ölən var,
çatdıra bilmir axı…
Səbri çatmır insanın
ıntıhar edir axır.

Müstəqiı.Az 
Share: