Hansı şəxslərə pulsuz dərmanların verilməsi təklif edildi?

Azərbaycanda həkimlərin maaşlarının aşağı olması ölkədə tikilən çoxlu sayda müasir klinikaların effektiv çalışmasına maneəçilik törədir.

Müstəqil.Az Trend-in məlumatına görə bildirir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

Ə.Əmiraslanov bildirib ki, builki dövlət büdcəsində səhiyyə xərcləri ötən ilki xərclərdən azdır.

Komitə sədri vurğulayıb ki, heş olmasa əhalinin artımını nəzərə alaraq, səhiyyə xərclərini artırmaq lazımdır: “Əgər biz səhiyyə xərclərini sabit saxlasaq və ya azaltsaq, bu səhiyyə sahəsində problemlərə səbəb olacaq”.

Ə.Əmiraslanov orqan transplantasiyasından sonra insanlara lazım olan dərmanlar üçün də maliyyə vəsiatinin ödənilməsi üçün maliyyənin artırılmasını təklif edib.

Komitə sədri bildirib ki, orqan transplantasiyasından sonra daim lazım olan dərmanlar baha olduğu üçün insanların buna imkanı çatmır: “Ona görə də xahiş edirəm ki, bu dərmanların alınması üçün büdcədə əlavə maliyyə vəsaiti nəzərdə tutulsun”.

Share: