Hamilə qadına qəhvə yerinə kimyəvi təmizləmə məhlulu verildi – RƏZALƏT…

Kanadada kafedə qəhvə sifariş edən 8 aylıq hamilə bir qadına səhvən kimyəvi təmizləmə məhlulu verilib.
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, baş verən hadisədə körpə gözləyən qadın qəhvədən bir qurtum aldıqdan sonra dərhal onu tüpürüb.
Qadın çalışanlardan rəhbərlərini çağırmalarını istəyib və kafenin rəhbəri baş verənlərə görə qadından üzr istəyib.
Kafenin rəhbəri qəhvə maşınının hər səhər olduğu kimi təmizləmə məhlulu ilə təmizləndiyini, ancaq həmin gün təsadüfən yaddan çıxaraq kimyəvi məhlulun təmiz yuyulmadığını açıqlayıb.
Qeyd edək ki.qadın həkimə getdiyini və səhhətində bir problem olmadığını bildirib.

Share: