Hamilələyini ləğv etmək istədi, özü də öldü

Lənkəranda 20 yaşlı hamilə qadın dünyasını dəyişib.

Müstəqil.az APA-ya istinadən xəbər verir ki, Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Günay Ümüd qızı İbrahimova 16 həftəlik hamilə olub. İlkin məlumata əsasən o, evdə hamiləliyinin ləğv etmək üçün dərman qəbul edib.

Dərman qadına və onun bətnində olan uşağa mənfi təsir edib. Xəstəxanaya müraciət etdikdə isə artıq gec olub. Nəticədə hər ikisi xəstəxanada dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share:

Deprecated: Calling get_parent_class() without arguments is deprecated in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/comments.php on line 2152