Lənkəranda quyudan qadın meyiti çıxarıldı

Lənkəran rayonunun Liman şəhərində xanımın meyiti quyudan tapılıb.
Müstəqil.az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bir nəfərin meyitinin su quyusundan çıxarılması üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunmuş Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 1956-cı il təvəllüdlü Əliyeva Vəskinə Kişi qızının meyitini quyudan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Əməliyyat başa çatıb.
Share: