H.Ərəblinskinin vəfatından 100 il ötür – VİDEO

Aktyorun yeni qəbirüstü abidəsinin açılışı olub

Açılış mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev Hüseyn Ərəblinskinin ömür yolu və zəngin yaradıcılığından söhbət açıb.

Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov H.Ərəblinskinin məzarının köçürülmə prosesi barədə məlumat verib, bundan sonra da görkəmli teatr xadimlərinin məzarlarının səliqəyə salınacağını və qəbirüstü abidələrinin ucaldılacağını söyləyib.

Hüseyn Ərəblinskinin qəbirüstü abidəsində aktyor yarı örtülmüş səhnə pərdələrinin arasında, sanki bu səhnədən getmək istəmirmiş kimi təsvir edilib.

Qeyd edək ki, abidə Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü, Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanıb.

Share: