Həcc ziyarətinə gedənlərin sayı açıqlandı

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 760 insan müraciət edib.

Trend-in məlumatına görə, müraciətlərin qəbul olunması davam edir və hazırda 760 insan Həcc ziyarətinə getmək üçün müraciət edib.

QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında hələki təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.

Müstəqil.Az

Share: