Gəncin kukla ilə evlənmə səbəbi hər kəsi təsirləndirdi…

Çinli gənc, xərçəngə tutulduqdan sonra oyuncaq qızla evlənib. 
 
Müstəqil.az xəbər verir ki, Çində yaşayan bir gənc xərçəng olduğunu öyrəndikdən sonra erotik dükanların birindən kukla alıb. Onu gəlin kimi bəzətdirən gənc kuklaya gəlinlik də alıb. Bundan sonra çinli gənc həmin kukla ilə evlənmək üçün kiçik bir nikah mərasimi  təşkil edib. Buna səbəb kimi də öləndən sonra arxasında gözü yaşlı bir qadın buraxmaq istəmədiyini deyib.
Çəkilmiş fotoları sosial şəbəkədə paylaşan gəncin bu hərəkətinə müxtəlif reaksiyalar olub. Bir çoxları onun bu hərəkətinə haqq qazandırıblar.

Share: