Gəncə-Şəmkir yolunda qəza baş verib

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü 1991-ci il təvəllüdlü Qəmbər Mollayev xəsarət alıb. Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Müstəqil.Az

Share: