Gələn ildən bazarlarda Cocuq Mərcanlı balı peyda olacaq: TİKA-dan bal kimi hədiyyə…

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində sakinlərin sosial durmunu inkişaf etdirmək üçün kənddə istixanalar tikilib və ailələrə saxlamaq üçün arı ailələri verilib.
Bu haqda Moderator.az-a açıqlamasında Azərbaycan Arıçılıq Asossasiyasının sədri Bədrəddin Həsrətov bildirib:
“Dünən biz Cocuq Mərcanlı kəndində olduq. İqtisadiyyat naziri Şahin Mustafayev də insanlarla görüş keçirdi. Kənd sakinlərinə 150 arı ailəsi olmaqla hər ailəyə 10 yeşik arı verildi. Arı ailələri Türkiyənin “TİKA” şirkəti tərəfindən verilib. Biz isə partnyor kimi iştirak etdik. Bundan başqa sakinlərə arılara qulluq etmək haqda təlimatlar verildi. Həmçinin bunun üçün lazım olan ləvazimatlar da sakinlərə paylanıldı”.
Müstəqil.Az

Share: