Futbolçuları daşıyan təyyarə alovlandı – Dünya çempionatında

Səudiyyə Ərəbistanın milli futbol komandasını Uruqvayla oyun üçün Rostova aparan təyyarədə nasazlıq yaşanıb.
Motorda yaranan problem onun alovlanmasına səbəb olub. Bu üzdən də təyyarə təcili olaraq eniş edib. Səudiyyə Ərəbistanı Futbol Federasiyası açıqlama verərək, hər şeyin qaydasında olduğunu bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi A qrupunun ilk matçında turnirə ev sahibliyi edən Rusiyaya 0:5 hesabı ilə uduzub. Asiya təmsilçisi ikinci turda iyunun 20-də Uruqvayla qarşılaşacaq.(Qafqazinfo)

Share: