Fransa və Ermənistanın oxşar cinayətləri

Prezident İlham Əliyev: “Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər”

Qərb təsisatları tərəfindən Azərbaycana qarşı ikili standart siyasət bir çox sahələrdə aparılmışdır. Xüsusən 30 ilə yaxın müddətdə Qarabağ məsələsi ilə bağlı bu siyasət daha qabarıq şəkildə özünü göstərmişdir. İşğalçı Ermənistana və işğala məruz qalmış Azərbaycana eyni münasibət bəslənilmiş, beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. Prezident İlham Əliyev beynəlxalq tribunlardan bu haqda dəfələrlə öz etirazını bildirmiş, Ermənistana probemi sülh yolu ilə həlli üçün çağırış etmişdir. Lakin aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Dövlətimizin başçısı 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bu məsələyə də toxunaraq Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini qeyd etmişdir: “Faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi”.

Prezident İlham Əliyevin çıxışı zamanı Fransanın ikili standarat siyasəti ilə bağlı səsləndirdiyi fikirləri də bir neçə aspektdən diqqət çəkir. Ölkə başçısının toxunduğu birinci mühüm məsələ Fransanın Cənubi Qafqazda çox destruktiv rol oynaması ilə bağlıdır. Prezident bəyanatında deyib ki, Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər: “Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə.

Odur ki, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar. Bunların müstəmləkə siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir”.

Dövlətimizin başıçısının fikrincə, Ermənistanın sülh razılşmasına cavab verməməsinin səbəbi xüsusilə Fransadan pis məsləhətlərin verilməsidir. Əlbəttə ki, Fransadan xoş niyyətli məsləhətin verilməsi gözlənilən deyil. Çünki Fransanın özünün müstəmləkəçilik tarixi var. Fransanın xüsusən Afrika xalqlarına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Afrika xalqları hələ də Fransanın bu qırğınlarının əziyyətini çəkir. Zəngin və münbit torpaqlara malik bu qitədəki ölkələr bu gün də iqtisadi inkişafa nail ola bilməmişdir. Bunun da səbəbi Fransa kimi ölkələrin Afrika dövlətlərini iqtisadi və siyasi müstəmləkədə saxlamaları olub.

Fransa qondarma erməni soyqırımını tanıyan ilk dövlətlərdəndir. Hətta Fransada “erməni soyqırımı”na qarşı çıxış edənlər cinayət məsuliyyətinə cəlb edilir. Hazırda Fransa Ermənistanın əsas dəstəkçisi və “erməni soyqırımı”nın təbliğatçısıdır. Amma tarixə dönüb baxsaq açıq-aydın görərik ki, Fransa özü soyqırımı törədən müstəmləkəçi dövlətdir. Bu baxımdan Prezident İlham Əliyev bəyanatında rəsmi Parisin müstəmləkə siyasətini gündəmə gətirməklə Fransanı fakt qarşısında qoymuş olub.

Bu gün Azərbaycan işğaldan azad olunan ərazilərdə mina terrorundan əziyyət çəkir. Əlbəttə ki, bu, Ermənistanın müharibə cinayətidir. Eyni oxşar cinayəti Fransa da Əcəzairdə edib. Belə ki, Fransa Əlcəzairi işğal altında saxladığı dövrdə ölkədə çox geniş minalama işi aparıb. Rəsmi statistikaya görə fransızlar işğal zamanı Əlcəzairdə 5 milyondan artıq mina basdırblar. Ermənistan tərəfindən isə Azərbaycanın işğalda saxlanılan ərazilərdə bir milyondan çox mina basdırılıb. Göründüyü kimi, Fransa və Ermənistanın bir-birlərini dəstəkləməsi xarakterik cinayət törətmələrindən də irəli gəlir. Buna görə də hər iki dövlət sülh üçün hər hanıs addım atmaqdan uzaqdır. Azərbaycanla da sülh razılaşmasının gecikməsi məhz bundan irəli gəlir. Bəlkə də rəsmi İrəvan bu istiqamətdə hər hansı addım atmaqda maraqlıdır. Lakin Fansa konkret olaraq Ermənistana Prezident İlham Əliyevin dediyi kimi öz pis məsəhətləri ilə sülhə görə mane olur.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent   

 

 

 

Share: