Faiq Balabəyli: “Rusiyaya bəslədikləri bu nifrəti Nensinin səfəri zamanı ifadə etmələri Ermənistanın əsl mahiyyətini ortaya qoyur”

Məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə münasibəti, bu qurumdan istədiyi dəstəyi ala bilməməsi Ermənistanı narazı salıb və bu ölkədə KTMT-nin əleyhinə aksiya keçirilir.

Sentyabrın 18-də ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib və Nensi İrəvanda olduğu müddətdə isə həm Rusiya əleyhinə etiraz aksiyaları keçirilib, Ermənistanın KTMT-dən çıxmalı olduğu barədə fikirlər səsləndirilib, həm də rus dilinə qarşı çağırışlar edilir.

img 

Ermənistanın Mühafizəkarlar Partiyasının keçmiş sədri Mikael Ayrapetyan da “Ermənistanda bütün təhsil müəssisələrində rus dili tədrisdən çıxarılmalıdır”-deyib.

Ermənistanda rus dilinə qarşı açıq şəkildə kampaniya başlayıb və bu gün daha güclü şəkildə davam edir.

Ermənistanda rus dilinə qarşı başlanmış bu kampaniyanın keçirilməsində məqsəd nədən ibarətdir və bu kampaniyanın sonu necə ola bilər?

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanda rus dilinə qarşı “səlib müharibəsi” çoxdan başlanılıb, bu 30 ildən yuxarıdır davam edir. F.Balabəyli hesab edir ki, çox zaman Ermənistan”rus dilli məktəbləri bağlayarıq, rus dilini yığışdırarıq” bəyanatları ilə öz aləmlərində Rusiyanı şantaj etdiklərini deyən F.Balabəyli hesab edir ki, əslində, Ermənistanda baş verənlər çirkin bir oyundur. F.Balabəyi xatırlatdı ki, bir neçə ay əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edərkən həmin ermənilər ona Ermənistanda rus dilli məktəblərin sayının çoxaldılmasına dəstək verməsi üçün yalvarırdılar, indi Rusiyadan istədikləri dəstəyi ala bilmədikləri üçün rus dilinin əleyhinə çıxırlar.

“Məşhur deyim var; Mən səni sevəcəm, sən sevməsən də…  Rusiya nə qədər Ermənistana dəstək verirsə, bir o qədər də özlərinə qarşı aqresiya görürlər. Yəni Ermənistan heç vaxt Rusiyaya səmimi rəğbəti ilə gündəmdə olmayıb. Bu günlərdə də Nensinin İrəvanda səfəri zamanı bir qrup erməni gənci plakatlarla nümayişdə olublar: “Xanım Pelosi, Ermənistan həmişə Rusiya ilə birlikdə olacaq”, deyə. Amma burada da səmimiyyət yox, niyyət, məqsəd var. Gənc yaşlarımdan eşitmişdim ki, İrəvanda və Ermənistanın digər şəhərlərində mağazalardan alış veriş edərkən rus dilində danışanların sifarişi yerinə yetirilmirdi. Demək ermənilərin təkcə azərbaycanlılara, türklərə deyil, elə ruslara da nifrəti var. Bu canlıların ümumilikdə bəşəriyyətə qarşı amansız nifrət var. Rusiyaya bəslədikləri bu nifrəti Nensinin səfəri zamanı ifadə etmələri Ermənistanın əsl mahiyyətini ortaya qoyur. Zatən, Ermənistanda rus dilli məktəblər yox dərəcəsindədir, rus dilinin tədrisinin də qaşısı alınmaqdadır. Mən belə düşünürəm ki, Ermənistanın Rusiyaya ehtiyacı olduğu qədər də Rusiyanın bu ölkıyə ehtiyacı var. Bəlkə də çox. Yaxın Şərqi və ümumilikdə Türk dünyasının siyasi və iqtisadi cəhətdən əsas gücü olan dövlətləri, qonşu Gürcüstanı, İranı və digər əraziləri nəzarətdə saxlamaq, yeri gələrsə həmin ərazilərə həm havadan, həm də qurudan müdaxilə etmək üçün vasitədir”.

F.Balabəylinin sözlərinə görə, yaxın regionlara nəzarət etmək üçün burada daima tüstülənən bir ocağa da ehtiyacı var ki, Rusiya üçün belə şərəfsizliklə dolu yardımı ancaq Ermənistan edə bilər. “Görünür,  Ermənistanın Mühafizəkarlar Partiyasının keçmiş sədri Mikael Ayrapetyan və digərləri bu amili çox gözəl bilir.

Həm də rus dilinə qarşı keçirilən bu kampaniya da məqsəd o ola bilər ki, ruslar məcburiyyət qarşısında qalıb ermənilərə daha çox jest edə bilsinlər. Digər tərəfdən ABŞ -ın səlahiyyətlisinin İrəvan səfəri ilə həm də Rusiyanı da fakt qarşısında qoymaq niyyəti aşkardır. O, olmasın bu olsun. Rusiya olmaz, ABŞ olar. Məlumdur ki, Ermənistan üçün sədaqət və xeyirxahlıq prinsipinə sadiqlik yoxdur. Bu xalq adlanan canlılar yataqdan yatağa sürülən qədim peşə sahibləridir… Bütün bunlar öz yerində. Ermənistanın yürütdüyü siyasət çoxüzlü və məkirli bir siyasətdir. Nəticə etibarı ilə çoxüzlü siyasət yürüdən Ermənistan bir gün Əli aşından da, Vəli aşından da olacaq. Çünki hər tərəfə baxan çaş qalar”-deyə F.Balabəyli bildirdi.

İradə SARIYEVA

Bakı Xəbər

Share: