Ermənilər Şuşada belə kef edir -ƏN SON VİDEO

Ermənilər işğal olunmuş Azərbaycan ərazilərinə xarici turistləri cəlb etməkdə davam edirlər. Müstəqil.az News12.az-ın məlumatına istinad edərək xəbər verir ki, qondarma respublikanın nümayəndələri bu il Dağlıq Qarabağa səfər edəcək xarici turistlərin sayının xeyli artacağı barədə məlumatlar yayıblar. 

 

Dünya xalqlarının Qarabağın tanınmasına diqqətini çəkmək istəyən Ermənistan hökuməti Qarabağin tarixini və mədəniyyət abidələrini nümayiş etdirmək üçün dünya ermənilərini və digər xalqların nümayəndələrini bu ərazilərə turist gəzintilərinə dəvət edirlər. Onlar qonaqlara, Qarabağda istirahət etmək üçün yüksək şərait yaradırlar. Qeyd edək ki, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz gələn xarici turistlərin ən çox səfər etdiyi ərazilərdən biri də Şuşa şəhəri və onun ətrafında olan tarixi abidələrdir. 
Müstəqil.Az saytı xarici turistlərin diqqətini daha çox cəlb edən  Daşaltı çayı və Topxana meşəsi ilə Cıdır düzü arasında yerləşən nəhəng kanyondan çəkilən ən son görüntüləri oxuculara təqdim edir:

Müstəqil.Az

Share: