Direktorun qardaşı oğlu nişanlı müəlliməni zorla qaçırdı – TƏFƏRRÜAT

Bərdə rayonunda müəllimənin zorla qaçırılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

2017-ci ildə pedaqoji təhsilini başa vuran və Bərdənin Hacıallı kəndində yerləşən 1 saylı orta məktəbə təyinatla riyaziyyat müəllimi göndərilən 23 yaşlı qızın Tural Zeynalov tərəfindən qaçırılması məlum olub. Bildirilir ki, T. Zeynalov həmin məktəbin direktoru Səyyarə Zeynalovanın qardaşı oğludur və anası da həmin məktəbdə müəllimə işləyir.

O da məlum olub ki, 23 yaşlı müəllimənin zorla qaçırılması hadisəsi dünən günorta saatlarında məktəbin yaxınlığında baş verib. Gənc müəllimə məktəbin 50 metrliyində kirayə tutduğu evdə yaşayırmış. Əvvəlcədən hazırlıq görən T. Zeynalov onu zorla maşına mindirərək naməlum istiqamətə aparıb. (lent.az)

***

Hacallı kənd bələdiyyəsinin sədri Akif Əhmədov Publika.az-a açıqlamasında bildirib ki, qaçırılan müəllimə bu ilin sentyabr ayından kənd məktəbində işləyib:

“O məktəbdə işləyən 3 müəllimə ilə birlikdə kirayə qalırdı. Yaşadıqları ev məktəbin yaxınlığında idi. Dünən günorta saatlarında müəllimə yoldaşı ilə dərsdən çıxıb evə gedəndə yolda olarkən onu qaçırıblar. Qaçıran oğlan da bizim kəndin adamıdır. Onun anası məktəbdə ibtidai sinif müəlliməsidir”.

A.Əhmədov bildirib ki, qızın ailəsi polisə müraciət edib: “Qızın ailə artıq kəndə gəlib, polis də ailənin şikayəti əsasında araşdırma aparır. Qızın hara aparılması barədə heç bir məlumat yoxdur”.

***

Bərdə rayonunda müəllimə zorla qaçırılıb.

Rayonun Hacıalılı kənd məktəbinin riyaziyyat müəllimi olan qız qaçırılıb.

Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.

Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib.

Onun başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir. (apa)

Müstəqil.Az

Share: