DİN-dən avqustun 11-nə olan hesabat: ölkə ərazisində qeydə alınan 51 cinayət…
Müstəqil.Az Daxili İşlər Nazirliyindən (DİN) 11 avqust 2026-cı il tarixinə olan məlumatı əldə edib.
Məlumata görə, avqustun 11-dək ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan isə 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polisin keçirdiyi tədbirlər nəticəsində axtarışda olan ümumilikdə 122 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 93 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotiklərlə əlaqəli 21 fakt aşkarlanıb və həmin faktlar üzrə şəxslər cinayət məsuliyyətinə cəlb olunublar.
Bundan əlavə, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı avqustun ilk 10 günlüyündə 5 fakt müəyyən edilib.
Hesabat dövründə cinayət törətməkdə şübhəli bilinən 63 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.
Müstəqil.Az





















