Din adamları mindən çox azyaşlıya təcavüz etdi – ŞOK FAKTLAR

ABŞ-ın Pensilvaniya əyalətində son 70 ildə 300-dən çox katolik din adamı 1000-dən çox azyaşlıya cinsi təcavüz edib.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, kilsə isə bu cinayətlərin üstünü ört-basdır edib.

Ali Məhkəmənin araşdırmasına görə, bu rəqəmlər sadəcə bilinən cinayətlər üzərində hesablanıb. Təcavüzə uğrayan uşaqların gerçək sayı isə minlərlə ola bilər. Təcavüz edən və bu hadisələrdən xəbəri olan şəxslər isə kilsələrdə ali səviyyəli idarəetməyə təyin edilib.

Bu açıqlamadan sonra 2 gün ərzində Vatikan kisləsindən heç bir şərhin olmaması mübahisələrə səbəb olub. Kilsənin səssizliyi 2 gün sonra pozulub və bu dəhşətverici hadisəyə sadəcə “Bu qorxunc günahlar qarşısındakı hissləri iki kəlimə ifadə edir: utanc və acı” sözləri ilə açıqlama gəlib.

Vatikanın sözçüsü Qreq Burke tərəfindən verilən açıqlamada Papanın hadisə qurbanlarının tərəfində olduğu bildirilib. Qeyd edilib ki, kilsə məsumlara bu dəhşətləri yaşadanların kökünü qurutmaq üçün onları dinləyəcək.

Share: