Deputat yaşayış minimumu ilə yaşamaq istədi, ölümdən döndü

Ayı yaşayış minimumu ilə keçirmək istəyən Rusiyanın Saratov vilayətinin dumasının deputatı buna peşman olub.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, deputat bir ay ərzində 3,5 min rublla (təxminən 94 manat) qidalanıb.

O, “pəhrizlər” nəticəsində arıqladığını etiraf edib. Sınağın iştirakçısının sözlərinə görə, bu məbləğlə sağlamlıq itkisi olmadan yaşamaq olmaz. Siyasətçi hesab edir ki, istehlak səbətinin ölçüsü 10 min rubldan (təxminən 267 manat) az olmamalıdır.

Eyni zamanda deputat özünü yaxşı hiss etdiyini, amma qeyri-adi rasiondan sonra müayinə olunmaq üçün həkimə mütləq gedəcəyini bildirib. Həmçinin Bondarenko əlavə etdi ki, adət etdiyi qidalanma rejiminə nə vaxt qayıdacağını hələ bilmir.

Xatırladaq ki, Nikolay Bondarenko sınağa vilayətin məşğulluq, əmək və miqrasiya naziri Natalya Sokolova isə müzakirədən sonra başlamışdı. Nazir iddia etmişdi ki, 3,5 min rubl bir aylıq yaşayış üçün kifayət edir.

Deputat 3,5 min rublu dörd hissəyə bölərək həftəlik 875 rublla bazarlıq edirdi. Onun sözlərinə görə, balıq və ət onun cibinə görə deyildi.

Share: