Cənubi Koreya millisinin DÇ-2022 üçün yekun heyəti açıqlanıb

Cənubi Koreya millisinin DÇ-2022 üçün yekun heyəti açıqlanıb.

Heyətə qapıçılar Kim Sın Qyu (“Əl-Şəbab”, Səudiyyə Ərəbistanı), Son Bom Qın (“Çonbuk Hyundai Motors”), Ço Hen Uu (“Ulsan Hyundai”), müdafiəçilər Kim Min Çje (“Napoli”, İtaliya), Kim En Qvon (“Ulsan Hyundai”), Kvon Kyun Von (“Qamba Osaka”, Yaponiya), Ço Yu Min (“Tedjon Hana Citizen”), Kim Mun Hvan (“Çonbuk Hyundai Motors”), Yun Con Qyu (“Seul”), Kim The Hvan (“Ulsan Hyundai”), Kim Çjin Su (“Çonbuk Hyundai Motors”), Hon Çhol (“Tequ”) daxil edilib.

Həmçinin yarımmüdafiəçilər Çon U En (“Al Sadd”, Qətər), Son Çjun Ho (“Shandun Taishan”, Çin), Payk Sın Ho (“Çonbuk Hyundai Motors”), Hvan İn Bom (“Olimpiakos”, Yunanıstan), Li Ce Son (“Maynz”, Almaniya), Kvon Çhan Hun (“Kimçhon Sanqmu”), Çun Vu Yun (“Frayburq”, Almaniya), Li Kanq İn (“Malyorka”, İspaniya), Son Hın Min (“Tottenhem”, İngiltərə), Hvan Hi Çhan (“Vulverhempton”, İngiltərə), Na Sanq Ho (“Seul”), Son Min Kyu (“Çonbuk Hyundai Motors”), hücumçular Hvan Iy Co (“Olimpiakos”, Yunanıstan), Ço Qyu Sun (“Çonbuk Hyundai Motors”) da meydana çıxacaqlar.

Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Cənubi Koreya H qrupunda Portuqaliya, Qana və Uruqvayla oynayacaq.

Mənbə: Sportmk.ru

Share: