Emin Ağalarov: “Oğlum şirniyyat satır”

Xalq artisti, biznesmen Emin Ağalarov Rusiyanın “Hello!” nəşrinə müsahibə verib.

Kulis.az xəbər verir ki, müsahibədə şəxsi həyatı ilə bağlı bir çox məqamlara toxunan Emin 13 yaşlı oğlu Mikayılın biznesindən danışıb. O bildirib ki, övladı özünün sahibi olduğu “Sea Breeze” ərazisində şirniyyat satır:

“Kiçik şirniyyat mağazası var. Mika orada şirniyyat satır və məndən daim hesabat tələb edir: Ata, bir ayda nə qədər pul qazandım? Maaş nə qədərdir? Maraqlanır ki, binanı tikmək neçəyə başa gəlir? Biznes proseslərini dərk etməyə çalışır”.

Emin əlavə edib ki, digər oğlu Əlinin isə musiqi sahəsinə marağı var:

“Əli mahnılar yazdırmağa davam edir. Tezliklə, ola bilsin, albom buraxacağıq. Bu yaxınlarda gitarada ifa etməyə başlayıb. Bu məşğuliyyət ona çox zövq verir. Bütün uşaqlarım idmanla məşğuldur: oğlanlar fubol və cüdo, Əminə karate, Afina baletlə. Ümumilikdə, məktəb, idman, tərbiyə – uşaq rejimi belədir”.

Share: