“Cəmi iki taborumuz bütün Ermənistanı sarsıtmağa kifayət etdi” – GENERAL

Yaşar Aydəmirov: “Ermənistan öz təhlükəsizliyini təmin etməyə qadir deyil”

Artıq bir neçə gündür ki, Ermənistanda bir sıra ictimai-siyasi xadim rəsmi İrəvandan ölkə sərhhədlərinin mühafizəsinin Rusiyadan alınaraq erməni ordusuna təhvil verilməsini tələb edir. Maraqlıdır, erməni ordusu Ermənistanın sərhədlərini, təhlükəsizliyini qorumağa qadirdimi?

Müstəqil.Az bildirir ki Moderator.az-a açıqlama verən Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Yaşar Aydəmirov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“İki il, il yarım bundan öncə bizim iki taborumuz, iki bölməmiz düşmən təxribatını qarşısını almaq üçün əks-həmlə təşkil etdi, düşmənə ciddi zərbə vurdu. Bu zərbədən bütün Ermənistan ordusu sarsıldı. Ermənistan ordusunun bir çox generalları, eləcə də baç qərargah rəisi və müdafiə naziri işdən çıxarıldı.

Ermənistan nə öz sərhədlərini qorumağa, nə də Qarabağ müharibəsində uğur qazanmağa qadir deyil. Onların ciddi maliyyə sıxıntıları və korrupsiya problemləri mövcuddur”.

Seymur Əliyev

Share: