Bütün dünyanı təəccübləndirən qadın ixtiraları– İnanmayacaqsınız…

Dünyada insanların yaşamını asanlaşdıran bir sıra kəşflər var ki, onlara qadınlar imza atıb.
Müstəqil.Az Moderator.aza istinadən həmin ixtiralardan bir neçəsini təqdim edir:
 
İri həcmli kompüter –“Kompüterin anası sayılan Qreysi Hopper adlı xanım ilk dəfə “Harvard Model -1” adlı iri ölçülü kompüteri kəşf edib. Bu kəşf İT sahəsində inqilab hesab olunur.
Radioaktivliyin bərpası – Fizika üzrə Nobel mükafatına layiq görülən alman xanım  Mariya Küridən çox danışmağa dəyməz. Həyat yoldaşı Pyerlə bir sıra dəyərli kəşflərə imza atan Marianın əsas icadı uranda  radioaktivliyin yaradılmasıdır.
Gizli rabitə sistemi – Hedi Lamer adlı bir xanım II Dünya müharibəsi zamanı gizli rabitə sistemində inqilabi yeniliklər edib. Onun ilk dəfə olaraq tətbiq etdiyi üsul kodların düşmən kəşfiyyatı tərəfindən sındırılmasının qarşısını alıb
Optik analiz sistemləri – ixtisasca astronavt olan Ellen Oşoa adlı xanım robot texnologiyasının ilk inkişaf etdirən şəxslərdəndir.  O, robot texnologiyasına kəşf etdiyi optik analiz sistemləri ilə inkişaf etdirib.
Günəş enerjisi ilə isitmə  sistemi – Bu möhtəşəm inqilabi kəşfi də qadın həyata keçirib. Fizika sahəsində bir çox uğurlara imza atan Maria Telkes bu uğurlara görə ölkəsi Macarıstanın sərhədlərini aşa bildi.
Lazer üsula ilə göz əməliyyatı   – Avropada yaşayan zənci qadın Patrisiyanın kəşfi   tibb aləmində, xüsusən də cərrahllıqda     əsil inqilab idi. Bu xanım ilk dəfə olaraq gözlərin lazer üsulu ilə əməliyyatını həyata keçirib.
Şüşə təmizləyici fırçalar  – Bu gün avtomobillərin ön şüşəsini yağışdan və çirklərdən təmizləyən şüşə silən fırçanın da ideya müəllifi qadın olub. Meri Anderson adlı xanım ilk dəfə maşınlar üçün bu cür qurğunu düşünüb.
Bez  – ABŞ-dan olan xanım gənc anaların bu gün hər gün istifadə etdiyi, az qala hər iki evdən birində çox gərəkli olan uşaq bezlərini kəşf edib. “Pampers” ancaq qadın kəşfində bu qədər dəyərli ola bilərdi.
Elektrik mişarı- Bu gün demək olar ki, yalnız kişilərin icad etdiyi elektrik mişarını da qadın icad edib. Bu xanımın adı  Tabita Babbitdir.
Rəngli fişənglər – Heç bilirdinizmi, bu gün təntənəli günrlərdə, bayramlarda havaya atdığımız və havada müəyyən rənglərlə gözəl görüntü yaradan fişəngləri qadın icad edib? Bəli, bunun da ixritarçısı qadındır – Marta Koston

Share: