BÜRCÜNÜZƏ GÖRƏ insanların sizə həsəd apardığı ən güclü xüsusiyyətiniz…

Özümüzü qısqanc olaraq təsəvvür etməsək belə bəzən bəzi insanların xüsusiyyətlərinə həsəd apararaq baxırıq. Eyni şəkildə ətrafınızdakı insanlar da sizə eyni gözlə baxa bilərlər. Beləliklə, astrologiyaya görə bürclərin ən çox qısqanılan xüsusiyyətləri

1. Qoç Bürcü

Qoç BürcüQoçlar güclü və sağlam bir şəxsiyyətə sahibdirlər.İçlərində böyük məqsədlər daşıyarlar. İnadkar və boyun əyməyən insanlardır. Bu səbəbdən Qoçlar hər zaman cəsarətləri sayəsində asanca yaxşı bir lider olurlar. Qoçların içindəki alov onları macəraçı, lider, cəsur, dinamiz, səbrsiz etdiyi üçün bu xüsusiyyətlər Qoçda ən çox həsəd aparılan xüsusiyyətlərdir.

2. Buğa Bürcü

Buğa BürcüBuğa bürcləri, eynilə bir buğa kimi güclüdürlər.Ancaq buğaların bu sərt görünüşü sizi aldatmasın. Buğalar eyni zamanda çox zərif, incə, səmimi və həssas ola bilirlər. Onların qərarlı və əzmli olmaları isə ən diqqət çəkici xüsusiyyətlərindəndir. Hədəflərindən asanca vaz keçməzlər. Arzuladıqları hədəf üçün səy göstərəyə dayanmadan davam edərlər. Bu əzmli halları ətrafındakı insanları onları qısqanmağa vadar edər.

3. Əkizlər Bürcü

Əkizlər Bürcüİkili təbiətləri və qərarsız olmaları Əkizlərin əsas xüsusiyyətlərindəndir. Bu sayədə Əkizlər bürcləri həl vəziyyətə iki fərqli baxış bucağından baxa bilməyi bacara bilərlər. Əkizlər üçün hissləri onlara verilmiş çox özəl bir hədiyyədir. Gözəl və təsirli danışıqları ilə Əkizlər çox yaxşı münasibət qurarlar və populyar insanlar olarlar. Maraqlı, çox danışan və enerjilidirlər və bu onların ən çox qısqanılan xüsusiyyətləridir.

4. Xərçəng Bürcü

Xərçəng BürcüDuyğusal yönləri ilə bilinən xərçəng bürcləri həqiqi hisslərini əslində sərt qabıqları altında gizlədirlər. Olduqca həssas və yumşaq xarakterli olan Xərçəng bürclərini qaba kəlmələr incidə bilər. Hər zaman duyğusal olduqları billinən Xərçəng bürcləri eyni zamanda çox da yaxşı bir yumor anlayışna sahibdir və sevdiklərini əyləndirməyi bilirlər. Bu cana yaxın və hər kəs tərəfindən sevilən xüsusiyyətləri ən qısqanılan və gözə batan xüsusiyyətlərdir.

5. Şir Bürcü

Şir BürcüŞir bürcləri sevilmək və heyran olunmaq arzusu ilə özünü həmişə bir işlərin ortasına atar və cana yaxın ruhludurlar. Olduqca ehtiraslıdırlar. Yoxladıqları hər şeyin zirvəsinə qalxmaq istəyərlər. Maraq mərkəzi olmaq hər zaman ən sevdikləri şeydir. Hər zaman bir qrup heyranının arasında olmaq istəyirlər. İstədiklərini hər zaman əldə edərlər ki, bu da onların ən çox qısqanılan xüsusiyyətlərindəndir.

6. Qız Bürcü

Qız BürcüOlduqca intellektual struktura malik olduqları bilinsə də Qız bürcləri öz həyatları ilə bağlı bir qərar alma söz mövzusu olduğunda qərarsızlıq içinə düşürlər. Ancaq insanlarla münasibət qurmaq söz mövzusu olduğunda isə bunu ən yaxşı bacaranlar siyahısında birinci yerdə olarlar. Diqqətli olmaq üçün hər zaman əsl hisslərini gizlədərlər. İnsanların marağını cəlb etmə və heyran buraxma mövzusunda sürətlidirlər. Məntiqli, güvənilən, kömək sevər və seçici bu bürcün üzvləri mükəmməl olmaları səbəbilə incə-incə və sevərək qurduğu həyatları ilə digərlərinin qısqanclığına səbəb olarlar.

7. Tərəzi Bürcü

Tərəzi BürcüOlduqca aktiv bir bürc olan Tərəzilər, çətin anlarda müvəffəqiyyətli bir tarazlıq qurmaqları ilə tanınırlar. İki tərəfdən də bu balansı qurmağı bacararlar. Eyni zamanda insanlar arasında harmoniya qurmağı da bacararlar. Həm xoşbəxt həm də düşüncəli olmaqla iki fərqli tərəfləri vardır. Ancaq ən diqqət çəkən xüsusiyyətləri isə dostunu sevən, əyləncəli və yaxşı həmsöhbət olmalıdır. Təsir edici və nəcib xarakterləri ən qısqanılan xüsusiyyətləridir.

8. Əqrəb

ƏqrəbAstroloqların həm qəribə həm də bəzi hallarda təhlükəli olduğunu bildirdiyi Ərqəb bürcləri spritual, intellektual bir struktura malikdir. Manipulyativ bir tərəfləri olsa da olduqca kəskin gözlü, qərarlı və ehtirasları ilə istədikləri hər şeyi əldə edə bilərlər. Onların bu hər istədiyini əldə edə bilən halları da ən çox qısqanılan xüsusiyyətləridir.

9. Oxatan Bürcü

Oxatan BürcüOxatanlar özlərində olan optimist tərəflərini ətrafındakı insanlara da yayarlar. Oxatan bürcləri hadisələrin pozitiv tərəflərini görə bilmələri ilə tanınır. Tənqidə açıq olmasa da özünə qarşı hər zaman dürüstdür və səhvlərini qəbul edir. Xaricə dönük və aktiv strukturları ilə diqqət çəkən oxatan bürcləri idman və fiziki fəaliyyəti sevir. Bu səbəbdən həm sağlam bir görünüşə sahib olan Oxatanlar, həm də gözəl və isti qəlbləri ilə hər kəs tərəfindən sevilir. Ancaq əlbəttə onu bu xüsusiyyətinə görə qısqananlar da vardır.

10. Oğlaq Bürcü

Oğlaq BürcüMəqsədlərini əldə etmək mövzusunda eqoist ola bilən Oğlaq bürcləri özlərini cəmiyyət içində daha yüksək bir yerə qoyar və güc əldə edə bilmək üçün çox çalışar. Özündən çox əmin olduqları üçün ətrafındakıların sözləri ilə əsla motivasiyalarını itirməzlər. Hədəflərinə fokuslanaraq ona çatmaq üçün əllərindən gələni edərlər. Bu çalışqan və əzmli strukturu ilə özlərinə qurduqları həyat başqaları tərəfindən qısqanılmalarına səbəb olar.

11. Dolça Bürcü

Dolça BürcüDolça bürcləri həssas olmaları ilə bilinir. Sanki həqiqətən də uzaq və bir xəyal dünyasında imiş kimi yaşayarlar və yalnızlıq hiss edərlər. Eynilə sənətçilər kimi onlar da diqqət cəlb edərlər. Dostları onların həyatlarında çox önəmli bir yer tutar. Ağıllı və sənətçi ruhları ilə hər kəsin maraq dairəsində olarlar və bu yönləri qısqanılmalarına səbəb olar.

12. Balıqlar Bürcü

Balıqlar BürcüBalıqlar Bürcü yaradıcı beyinə sahibdir. Ehtiyacınız olduğunda yanına gedə bildiyiniz bir dostunuz varsa, o böyük ehtimalla balıqlar bürcündəndir. İdealist, yaradıcı tərəfləri ilə çox gözəl şeylər yaradaraq başqalarında olmayan şeylərə sahib olarlar. Bu əsrarəngiz xüsusiyyətləri onların qısqanılmasına səbəb olar.

 Müstəqil.Az 

Share: