Bu gün bütün dünyanın gözü oradadır.UEFA MİLLƏTLƏR LİQASI,püşkatma mərasimi…

Bu gün – 24 yanvar tarixində ilk dəfə təşkil ediləcək UEFA Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək.

Müstəqil.az xəbər verir ki, mərasim İsveçrənin Lozanna şəhərində, Bakı vaxtilə saat 15:00-da başlanacaq. Püşkatmada Azərbaycanı AFFA-nın baş katibi Elxan Məmmədov və milli komandanın baş məşqçisi Qurban Qurbanov təmsil edəcək.

Millətlər Liqasında 55 ölkənin milli komandası yarışacaq. Komandalar 4 liqada 3 və 4 səbətə (A, B, C, D) bölünüb. Hər bir liqa isə müvafiq olaraq qırmızı, mavi, yaşıl və sarı rənglərlə işarələnib. Ölkələrin daxil olduğu səbət isə onların təmsilçilərinin UEFA reytinqində tutduğu mövqelərə görə təyin edilib.

Qeyd edək ki, Millətlər Liqasının yarımfinalına çıxan 4 komanda UEFA Avro 2020-yə vəsiqə qazanacaq.

UEFA Millətlər Liqasının matç günləri:

İlk qarşılaşmalar:

1. 6-8 sentyabr 2018

2. 9–11 sentyabr 2018

3. 11–13 oktyabr 2018

4. 14-16 oktyabr 2018

5. 15-17 oktyabr 2018

6. 18-20 oktyabr 2018

Final püşkü:

Dekabrın ilk günləri

Final matçı:

5-9 iyun 2019

UEFA Avro 2020 pley-off püşkü:

22 noyabr 2019

UEFA Avro 2020 pley-off matçı:

26-31 mart 2020

Müstəqil.Az

Share: