Bu, ermənilərin növbəti təxribatıdır – MN

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes – Voskepar avtomobil yolunu atəşə tutması barədə erməni mətbuatının yaydığı məlumat növbəti uydurmadır.

Müstəqil.Az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərlə bağlı Trend-in sorğusuna cavab olaraq bildirib:

“Bu erməni tərəfinin növbəti təxribat xarakterli yalanıdır”.

Qeyd edək ki, erməni mətbuatı bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes-Voskepar avtomobil yolunu guya atəşə tutması barədə məlumat yayıb.

Müstəqil.Az

Share: