BMT-nin Uzunömürlülər İnstitutu Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq etmək niyyətində…

BMT-nin Uzunömürlülər İnstitutu LDU ilə əməkdaşlıq etmək niyyətindədir.

LDU -nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın Müstəqil.Az -a verdiyi məlumata görə Birləşmiş Millətlər Təşkilatının (BMT)  səlahiyyətli təmsilçisi, qurumun Uzunömürlülər İnstitunun direktoru  professor Marvin Formoza  Azərbaycana səfəri çərçivəsində  Lənkəranda olub. BMT-li qonaq ikigünlük səfərinin  ilk günü  Lənkəran Dövlət Universitetinə ( LDU) baş çəkib.

Hörmətli qonağı universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşılayıb. Çay süfrəsi arxasında, səmimi və dostluq şəraitində keçən söhbət zamanı  professor M.Formoza gəlişinin əsas məqsədinin Lənkəran rayonunda yaşayan uzunömürlü sakinlərin həyat və yaşam tərzlərinin tədiqi olduğunu bildirib.İnsan ömrünü uzatmağın hazırkı dünyada ən vacib sosial problemlərdən biri olduğunu deyən  BMT təmsilçisi bu amilə təsir göstərən sosial faktorları professor Natiq İbrahimovla birgə müzakirə edib, uzunömürlüyü ilə seçilən Lənkəranda problemin hərtərəfli araşdırılmasında LDU-nun yardımını məqsədəuyğun hesab edib.

Söhbət  zamanı LDU-da sosial herontologiyanın tədrisinin təşkili məsələləri  müzakirə edilib.Tələbə və gənc tədqiqatçıların sosioloji tədqiqatlara cəlbi,onlarda  ahıl insanlarla işləmək bacarıqlarının aşılanması , uzunömürlülüyün sirrlərinin, bu amilə təsir göstərən faktorların elmi araşdırılması  və sair barədə ətraflı danışılıb.Müzakirə zamanı BMT-nin müvafiq qurumu ilə LDU arasında bu sahədə birgə  fəaliyyətinin təşkilinin  məslənin  uğurlu həllinə yardımçı olacağı xüsusi vurğulanıb.Öz növbəsində, LDU rəsmisi  professor Natiq İbrahimov  əməkdaşlığa hazır olduqlarını, beynəlxalq mütəxəssislərə  problemin araşdırılması  istiqamətində  yardımçı  olacaqlarını     vəd edib.

Qeyd edək ki, professor Marvin Formozanı görüş zamanı AMEA-nin Fiziologiya İnstitunun əməkdaşları-biologiya üzrə fəlsəfə doktorları Sevinc Hüseynova və Çingiz Qasımov müşayət ediblər.

FOTOLAR:

Share: