Blinken Kievə gedir

ABŞ dövlət katibi Entoni Blinken Kiyevə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın “Zerkalo Nedeli” nəşri diplomatik mənbələrə istinadən yazır:

“ABŞ dövlət katibi Entoni Blinken sabah, sentyabrın 6-da Kiyevə səfər edəcək”.

Səfərin təfərrüatları, eləcə də məqsədi barədə məlumat verilmir.


Share: