Bizim Məzahir… – Məzahir Əliyev- 65

Bizim Məzahir… – Məzahir Əliyev- 65

Mənə elə gəlir ki, Məzahir Əliyevi çox adam tanıyır, çox adamın yanında hörmət qazana bilib. Uzun illər AzərTacın hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

Hazırda isə Qarabağ bölgəsində çalışır. Mayın 18-də Məzahir bəyin 65 yaşı tamam olacaq. İstəyirəm ki, astroloji və ənənəvi inanclara görə bir insan kimi onu xarakterizə edim. Amma əvvəlcə onu tanıdan adı barədə bir neçə kəlmə söyləyəcəm. Məzahir ərəb mənşəli kişi adı olub, əsasən iki mənada yozulur: zühur edən, meydana çıxan və ya “məzhər” sözünün cəmi kimi bir şeyin zahir olduğu yerlər və ya şəxslər mənasını verir. Həmçinin, nail olma anlamlarında da izah edilir. O, 1961-ci ildə Yupiter planetinin himayəsi altında dünyaya gəlib. Bir sıra özünəməxsus xüsusiyyətləri var. Ən böyük xüsusiyyətləri- liderlik keyfiyyətlərinə, yüksək nikbinliyə və böyük nailiyyətlər əldə etmək arzusuna sahib olmasıdır. Sanki onun xüsusi bir enerjisi var, başqalarına təsir etmək potensialı çox yüksəkdir. Həyata şən baxır, fəlsəfi düşüncəyə meyllidir və mənəvi dəyərlərə, daxili prinsiplərə böyük önəm verir. Həmişə inkişaf etməyə, yüksəlməyə çalışır və bu səbəbdən də çox uğurlu adamdır…
Məzahir Əliyev Yardımlının Kürəkçi kəndində anadan olub. Onun doğulduğu kənddən xeyli ləyaqətli kişilər haqqında yetərli məlumatım var. Ürəklə söyləyə bilərəm ki, Məzahir bəy də onlar kimi ləyaqətli və mərdanə kişilərdəndir. O, təkcə bilik əldə etməyə deyil, həm də onu başqalarına ötürməyə çalışır. Çətin vəziyyətlərdə belə nikbinliyini itirmir. Başqalarının maneələrə diqqət yetirdiyi imkanları görə bilir. Bu da onun “düzgün vaxtda lazımi yerdə” olmasına və faydalı əlaqələr qurmasına kömək edir. Kiməsə həddindən artıq özünəinamlı və ya təkəbbürlü görünsə də, onun həyat həvəsi başqalarına ilham verir. Təbii liderlik xüsusiyyəti onu heç vaxt arxa plana keçməyə qoymur. Sosial mühitə təsir etmək qabiliyyətinə malikdir. Yaxşı həmsöhbətdir, gözəl fəlsəfi mülahizələri var. Bir sözlə, Məzahir Əliyev bizim dağlardan pərvazlanıb şəhərdə qərar tutan dağ vüqarlı, mərdanə kişilərdəndir. Onu 65 yaşı münasibətilə təbrik edirəm!
Hörmətlə, Elman Eldaroğlu
Share: