“Biz də “Səni deyirlər”i Güneyin ruhu ilə oynadıq…” – Rüstəmxanlılar…-VİDEO

Son günlər trendə çevrilən Güney Azərbaycandan Aşıq Mahmudinin müəllifi olduğu “Səni deyirlər” mahnısına tanınmışlar da oynayır. Bu dəfə yaxınlarının toy məclisində Xalq şairi Sabir Rüstəmxanlı və həyat yoldaşı Tənzilə Rüstəmxanlı da “Səni deyirlər” mahnısının sədaları altında rəqs edib.
 Tənzilə Rüstəmxanlı qardaşı oğlunun toyunda “Səni deyirlər”i oynadıqlarını bildirib:
“Babamızın adını daşıyan qardaşım oğlu Qəfərin toyu idi. Bütün Azərbaycan güneyli-qüzeyli “Səni deyirlər”i oynayır. Biz də onu güneyin ruhu ilə oynadıq”.
Müstəqil.Az Moderator.az-a istinadla adı çəkilən videonu təqdim edir.

Share: