Binə qəsəbəsi Bolluq massivində su qıtlığı – sakinlər Azərsudan Prezidentə şikayət etdi

  Müstəqil.Az-ın elektron ünvanına Xəzər  rayonu   Binə  qəsəbəsi, Bolluq yaşayış massivinin sakinləri Azərbaycan Respublikasının   Prezidenti İlham Əliyevə ünvanladıqları məktub daxil olub.
Məktub-müraciəti olduğu kimi yayınlayırıq:

Fotoğraf

Azərbaycan Respublikasının   Prezidenti

cənab  İlham Əliyevə

Surəti : Azərbaycan Respublikasının Baş naziri,  cənab  Əli Əsədova

Surəti : Azərsu ASC-nə,

Xəzər  rayonu   Binə  qəsəbəsi, Bolluq yaşayış massivinin  sakinlərinin

                                Müraciəti

Çox  hörmətli , möhtərəm  Prezidentimiz İlham Əliyev !

Biz   Azərbaycan  vətəndaşları  olaraq  Sizin  son  illərdə xalqımızın  sosial –iqtisadi problemlərinin həlli istiqamətində atdığınız  addımları  diqqətlə  izləyir, gördüyünüz  tədbirləri  tam dəstəkləyirik və  bu  istiqamətdə  əldə etdiyiniz  bütün nailiyyətlərə görə  Sizə minnətdarlığımızı  bildiririk.

Lakin  bütün  sosial  iqtisadi  məsələlərin  həlli  üçün  vətəndaş  Sizə güvənir, lakin işlərinizin çox olması üçün bəzən müraciət  etmir. Bu  məsələlərin  həlli  ilə  məşğul  olan  müvafiq  icra  orqanları  var  ki ,  vətəndaşlar  həmin  qurumlara  müraciət  edirlər. Bəzən  elə  kiçik  məsələlər  olur  ki , vətəndaşın problemləri   hansısa  səbəblər  ucbatından illərlə  öz  həllini  tapa  bilmir.

Sy kranı - Sputnik Azərbaycan, 1920, 15.02.2023

Çox  hörmətli  İlham Əliyev cənabları !

Xəzər  rayonu   Binə  qəsəbəsi, Bolluq yaşayış massivinin  sakinləri olaraq  biz uzun  illərdir ki, bu ərazidə  yaşayırıq.  Yaxın keçmişə kimi   yaşadığımız  əraziyə içməli su xətti  çəkilməmişdi. Uzun bir  dövr  ərzində get-gəldən,vmürciətlərdən, şikayətlərdən, ən əsası isə Sizə müraciətdən sonra, nəhayət  ki, təxminən 1 il öncə ərazimizə içməli su xətti çəkildi və abonenetlər  qeydiyyata  alındılar. Ancaq  bizə bəlli  olmayan səbəblər  üzündən 1 aydan artıqdır  ki, yaşadığımız massivdə  su  birdəfəlik kəsilib. Nə  Xəzər  rayon rəhbərliyi, nə də Azərsu ASC-nin məsul şəxsləri  mövcud  problemin həlli istiqamətində heç bir  əməli  iş  görmür. Bütün müraciətlərimiz və şikayətlərimiz  cavabsız qalır. Artıq ünvan tapa  bilmirik müraciət  etməyə. Ona  görə  Sizin diqqətinizi  bu problemin həllinə yönəltməyi  məqbul saydıq. Sizdən artıq  dərəcədə  xahiş edirik ki, Azərsu ASC-nin rəhbərliyinə  bizim SU problemimizi həll  etmələrinə dair  göstəriş verəsiniz . Əvvəlcədən Sizə  minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar  diləyirik və  inanırıq ki,  birlikdə  dəmir  yumruq  kimi  birləşərək həll edə bilməyəcəyimiz  problem yoxdur .

Sizə  böyük  hörmətlə    Xəzər  rayonu   Binə  qəsəbəsi , Bolluq yaşayış massivinin  sakinləri

 

 

Share: