Belçika millisinin baş məşqçisi istefa verdi

Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib.

Müstəqil.Az xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə qolsuz heç-heçə etdikləri F qrupunun III tur oyunundan sonra mətbuat konfransında açıqlama verib. O, yığmadakı vəzifəsindən ayrıldığını açıqlayıb.

Martines 2016-cı ildən “qırmızı şeytanlar”a rəhbərlik edirdi.

Qeyd edək ki, Belçika millisi 4 xalla qrupu 3-cü pillədə başa vurub və mundialla vidalaşıb.

Müstəqil.Az

Share: