Baş nazirin oğlu kafedə ofisiant işləməyə başladı..

İsrail baş naziri Binjamin Netanyahunun kiçik oğlu Avner ordudan tərxis olunduqdan və xaricə qısa bir səfərdən sonra hökumət başçısının Qüdsdəki iqamətgahının yaxınlığında yerləşən bir kafedə ofisiant işləməyə başlayıb.
Müstəqil.Az Moderator24.com -un İsrail mediasına istinadla verdiyi xəbərə görə bildirir ki, Avner Netanyahu yaxın gələcəkdə atasının evindən ayrılmaq və kirayə mənzilə köçmək niyyətindədir. Ancaq mövcud qaydalara görə, hökumət başçısının oğlu daim mühafizə olunmalıdır. Bu səbəbdən də Avnerin çalışdığı müddətdə kafe yaxınlığında “ŞABAK” təhlükəsizlik xidmətinin avtomobili dayanır.
2017-ci ilin əvvəlində İsrail ordusunda xidmətini bitirən Avner Netanyahu, demək olar ki, dərhal xaricə səfərə yollanıb. O, Avstraliya və Yeni Zelandiyanı ziyarət edib. Hökumət başçısının oğlunu səfər boyu da təhlükəsizlik əməkdaşları müşayiət edib.

Share: