Balıqçının toruna 5 yaşlı uşaq cəsədi düşdü…

Türkiyədə balıqçılar qorxunc hadisəylə qarşılaşıblar.

Müstəqil.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Sazlıbosna bölgəsində baş verib. Göldə balıq tutan balıqçıların toruna uşaq cəsədi düşüb. Hadisədən şoka düşən yerli sakinlər cəsədin parçaya bükülü olduğunu bildirib.

Balıqçılar hadisə haqda dərhal polisə məlumat verib. İlkin araşdırmalardan sonra cəsədin təxminən 5 yaşında qız uşağına aid olduğu açıqlanıb.

Daha sonra meyit tibbi ekspertiza üçün morqa göndərilib.

 

Share: