Bakıya səfər etmək istəyən Təbrizli gənc şair və yazıçı Əli Çağla deportasiya olundu

Bakıya səfər etmək istəyən Təbrizli gənc şair və yazıçı Əli Çağla deportasiya olundu

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak etmək məqsədilə Bakıya səfər etmək istəyən Təbrizli gənc şair və yazıçı Əli Çağla  deportasiya olunub.

Bu barədə Kulis.az-ın Güney Azərbaycan üzrə nümayəndəsi Əli Çağla özünün “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak etmək məqsədilə Bakıya səfər etmək istəyib. Lakin viza prosedurlarındakı dəyişiklikdən xəbərsiz olduğu üçün ölkəyə girişinə icazə verilməyib.

Əli Çağla paylaşımında qeyd edib ki, 17 may 2026-cı ildə Bakı istiqamətində aviabilet almaq üçün səfər agentliklərinə müraciət edib və Tehran–Bakı reysinə son bileti əldə edib. Yazıçı bildirib ki, əvvəlki illərdə olduğu kimi vizanı hava limanında alacağını düşünüb.

Lakin Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdıqdan sonra sərhəd nəzarəti zamanı vizasının olmadığı müəyyən edilib. Ona bildirilib ki, artıq hava limanında viza verilməsi prosesi ləğv olunub və vizalar əvvəlcədən elektron qaydada alınmalıdır. Bundan sonra Əli Çağla deportasiya edilərək geri – Tehrana göndərilib.

Yazıçı paylaşımında festivala qatılmaq üçün yenidən Bakıya gəlməyə çalışacağını da vurğulayıb.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Tehrandakı səfirliyində araşdırma aparıldığı bildirilir.

Share: