Bakıya meylli Xankəndi ermənilərini separatçıların əsarətindən necə qurtarmaq olar?..

Faiq Balabəyli: “Xankəndidə erməniləri əsarətdə saxlayan həşəratlar, separatçılar Azərbaycan dövləti tərəfindən zərərsizləşdirilməli və ağır şəkildə cəzalandırılmalıdır”

img“…Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub-duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlillər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada”.

Bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Azərbaycanla barışıq istəyən Qarabağdakı sadə erməniləri separatçıların əsarətindən necə qurtarmaq olar?

  • “… separaçı tör-töküntüsünü, o yırtıcı məxluqları zərərsizləşdirmədən o insanları xilas etmək çətin olar”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli bizimlə söhbətində bildirdi ki, separatçıların əməlləri ilə barışmayan köməksiz ermənilər 30 ildən çoxdur ki, onların əlində əsirə çevrilib və onlar  Azərbaycanı öz xilaskarı kimi görür. “Ermənilər bir toplum olaraq hər zaman yazıq, ona-buna baş əyən olub, başqasının təzyiqi, göstərişi ilə hərəkət etməyə öyrəşib. Onlardan tarixən hər cür məqsəd üçün istifadə ediblər. Erməni adlanan toplum həqiqətən də iradəsizdir. 30 ildən çoxdur ki, Qarabağda yaşayan ermənilər separatçı qalıqlarının, o məxluqların əlində əsirə çevriliblər. Separatçıların əməllərindən ən çox ermənilər özləri əziyyət çəkib. Əlbəttə, Azərbaycan dövləti vaxtaşırı olaraq Qarabağda yaşayan ermənilərdən siqnallar alır. Azərbaycan dövləti onları Qarabağda oturub onları boyunduruq altda saxlayan separatçılardan, Ermənistandakı revanşistlərdən, Avropada, Amerikadakı erməni diasporundan xilas edə bilər. Bunun üçün Qarabağdakı ermənilərdə bir inam yaratmaq, onlarda etimad formalaşdırmaq lazımdır. Çünki uzun illərdir ki, hər yandan onlara təzyiqlər edilir və onları Azərbaycana yaxınlaşamağa qoymurlar.  Hesab edirəm ki, Xankəndidə erməniləri əsarətdə saxlayan həşəratlar, separatçılar Azərbaycan dövləti tərəfindən zərərsizləşdirilməli və ağır şəkildə cəzalandırılmalıdır. Separatçı yığınını məhv etmək lazımdır. Düşmənçilik edənə adekvat cavab verilməlidir. Çünki separaçı tör-töküntüsünü, o yırtıcı məxluqları zərərsizləşdirmədən o insanları xilas etmək çətin olar. Onların bir çoxu əsarətdən, girovluqdan xilas ediləcəkləri günü gözləyirlər. Amma separatçılardan qorxduqları üçün səslərini açıq şəkildə çıxara bilmirlər. Cənab Prezident haqlı olaraq əminliklə bildirir ki, Qarabağdakı ermənilərin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Bizim ictimaiyyət də inanır ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirlər. Azərbaycan bu istiqamətdə lazımı addımları atır”.

F.Balabəyli qeyd etdi ki, ermənilərə münasibətdə ehtiyatlı olmaq tələb olunur, çünki ayaqları yer alandan və bir az dirçələndən sonra yenə də başqalarının əlində oyuncağa çevrilirlər. “Daşnakstyun”, “ASALA” kimi terror təşkilatının daim erməniləri təzyiq altında saxladığını deyən F.Balabəylinin sözlərinə görə, onlar vasitəsilə düşmənçilik toxumunu cücərtməyə müvəffəq olurlar.  “Həm Qarabağda, həm də Ermənistanda yaşayan və övladını, nəvəsini ermənilərin etdiyi haqsız, işğalçı müharbədə itirənləri inandırmaq lazımdır ki, siz bizimlə mehriban olsanız, daha yaxşı yaşaya bilərsiniz. Həqiqətən də Azərbaycan bütün mənalarda Ermənistandan qat-qat güclüdür və o ermənilər Azərbaycana reinteqrasiya edərlərsə, bizim vətəndaşlığı qəbul edərlərsə daha çox qazanarlar”-deyə müsahibimiz qeyd etdi.

İradə SARIYEVA

Bakı Xəbər

Share: