Bakıda bağlı qapı arxasında qalan azyaşlı xilas edildi

Nəsimi rayonunda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib.

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.
Share: