Azərbaycanlı iş adamları Ərdoğana və Putinə müraciət edib

Müstəqil.Az xəbər verir ki, bir qrup iş adam Rusiya Federasiyasının və və Türkiyə Cümhuriyyətinin Prezidentlərinə müracət edərək sosial şəbəkdə paylaşım ediblər.

İşadamlarının “Məktub-xahiş-şikayət və yalvarış, adkandırdığı müraciətdə bir qrup hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən hüquqklarının pozulmasından bəhs olunur.

İş adamları Ülviyyə Abdalova, Natiq Hacıyev və Firəngiz Salayeveva tərəfindən olunan müraciətdə deyilir:

“Çox hörmətili Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Vladimiroviç Putin,  bu məktubu sizə ünvanlayırıq.
Qabaqcadan onu deyək ki, ölkəmizin və vətəndaşlarının qarantı olan cənab Prezidentimiz İlham Əliyevə böyük sevgimiz, təssübkeşliyimiz var.
Sizin də bildiyiniz kimi, həm Prezident İlham Əliyevin, həm də siyasi kursunu davam etdirdiyi atası, ümummilli lider mərhum Heydər Əliyevin Azərbaycanın bu günkü inkişafında oynadığı rol danılmazdı.

Ölkəmizin sosial və siyasi stabilliyini bölgədə heç bir ölkədə müşahidə edə bilmirik. Ölkəmiz regionun bütün sahələrində liderliyini qoruyur və bu göz önündədir.
Cənab Prezidentlət, lakin sizin işlərinizin bu qədər çox olduğu bir məqamda vaxtınızı almağımız heç də yaxşı hal deyil. Buna görə hər birinizdən üzr istəyirik. Rusiyanın ABŞ-la gərgin siyasi bir dönümü yaşaması, Türkiyənin PKK terrorçuları və Afrindəki keçirdiyi əməliyytlar sizin işlərinizin bol olmasındn xəbər verir.
Çox hörmətli Prezidentlər! Bəs nə üçün sizin vaxtınızı alırıq?
Məsələ ondadır ki, bizim başqa çıxış yolumuz yoxdur.
Biz iş adamlayırıq, dişimizlə, dırnağımızla əldə etdiklərimizi Azərbaycanda bir qrup dələduz əlimizdən alıb. Hamısı da ölkənin yuxarı eşalonunda oturanlardır; Respublika Prakurorluğunun yüksək rütbəli zabitlri, müstəntiqlər, tədqiqatçılar və sairələr.
Məsələn bizlərdən birimizə Abdalova Ülviyəyə məxsus 700 ton armaturu aldadaraq əlimizdən alıblar. Məhkəməyə, DTK-nə şikayətçi olaraq müraciət etmişik. Bizi zərərçəkən kimi tanımaq üçün 120.000 manat pulumuzu alıblar. Əlavə olaraq 50.000 Azn istəyiblər. Pulumuz olmadığına görə həmin qərarı ləğv etdiriblər.

Natiq Hacıyevin isə bir 3 mərtəbəli evini və 3 yenitikilidəki evini dələduzluqla əlindən alıblar. Dəfələrlə müracət etməsinə baxmayaraq Respublika Prakurorluğu yanında Korrupsiya idarəsi, bu idarənin müstəntuqləri, prakuror köməkçiləri dələduzların tərəfini saxlayır.
Cənab Rusiya Prezidenti, Putin!İş adamlarından biri Firəngiz xanım Rusiyada uzun müddət iş qurub, mal mülk sahibi olub. Sonra pulunu Azərbaycana yönəldib. Korrupsiyaya qarşı mübarizə idarələrinin rüşvətxor, kələkbaz, hiyləgər əməkdaşları bu xanımı da iflic vəziyyətinə salıblr. Lağla deyirlər ki, Rusiyada yaxşı, tərbiyəli, namuslu qadın bu qədər pul qazana bilməz. Bunlar bir başa sizin dövlətin xanımlarını təhqir edirlər. Guya Rusiyada yaşayan qadınlar paranı əxlaqsızlıqla qazanır.
Bunlar kimdir? Əli Quliyev, Orxan, Sahib, Anar Çıraqov və daha onlarla hüquq-mühafizə idarəsini əməkdaşları. Korrupsiyaya qarşı mübarizə idarəsini rəisi Kamran Əliyevin, Baş Prakurorun müavini Rüstəm Usubovun, hətta Baş Praakurorun özünün qəbulunda olmuşuq. Amma yaxşılığa heç nə dəyişməyib. Yuxarıda adı çəkilən Kamran və Rüstəm Usubov dələduzların yanında olmasını açıq deməkdən çəkinmirlər.
Qəbulunda olduğumuz DİN Ramil Usubovdan başqa vətəndaşa ürəyi yanan kimsəni görmədik. Zakir Qaralovun qəbulunda olmuşuq,  şikayətimizi dinləyib Rüstəm Usubova göstəriş verib. Amma Usubovun hərəkətləri özünün rəhbərinə yox, dövlətimizin qanunlarına hörmətsizlik edirlər.
Cənab Prezidentlər, dəfələrlə Ölkəmizin başçısına və vitse prezidentə müraciət etmişik. Müraciətlərimizi onlara çatdırmırlar.  Müraciətimiz Yenə də həmin korrupsioner ünsürlərin üsrtünə qayıdır.
Sizdən xahiş edirik, hansısa beynəlxalq tədbirdə Bizim cənab Prezidenti görsəniz deyin ki, onun ölkəsində bir qrup acgöz, ləlöün, iş adamının əmlakını qorxuzub əlindən alanlar var. Və onlar çəkinmədən bu işdə Prezidentin ailəsini də günahlandırıralar. Guya onlar bu insanlara hamilik edir. Utanmadan telefona göndərilən mesajlarda bizi təhqir edir və Prezidentin ailə üzvlərinin adın hallandırırlar. Hamısının da telefon nömrəsi aydın bilinir.
Hörmətli Prezidentlər, Sizdən xahiş edirik, Prezidentimizə bir dost kimi deyin ki, o adamlar ölkənin adını lkələyir. Xalqda ona qarşı ümüdsüzlük yaradırlar.
Hırmətlə: Əmlakları yağmalanan Ülviyyə, Natiq və Firəngiz”
Müstəqil.Az

Share: