Azərbaycanda Afrin SEVİNCİNİN ÜÇ SƏBƏBİ: Qarabağ, şəhidin mesajı və SON VƏSİYYƏT – FOTO

Türkiyənin uğurla həyata keçirdiyi Afrin əməliyyatı Azərbaycanda da böyük sevinclə qarşılanır.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Toğrul İsmayıl Afrin əməliyyatının Azərbaycanda böyük sevinclə qarşılanmasının bir neçə cavabını açıqlayıb.

“1. Klassik cavab: Bir millət iki dövlət olma. 2. Qarabağ müharibəsi üçün örnək və mənəvi dəstək olma. 3. Lakin ən mühüm cavab Afrin şəhidlərinin gündəmə gələn mesajlarıdır. İlk şəhidin vəsiyyəti türkman uşaqlarına məktəbin inşa edilməsidir. İkinci şəhid isə Xocalı məsələsində susanlara mesaj vermişdi”, – deyə o bildirib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatında şəhid olan türk ordusunun baş çavuşu Musa Özalkan şəhid olacağı təqdirdə qan puluna Telaferdə türkman uşaqlar üçün məktəbin inşa edilməsini təklif edib.

Şəhid Serkan Koca isə 2017-ci ilin 26 fevral tarixində Xocalı ilə bağlı mesaj yayımlayıb.

“Xocalıda öldürülənlər türkdü, hamınız susdunuz, zatən ya erməni, ya fransız, ya da rusdunuz”, – deyə o bildirib.

Müstəqil.Az

Share: