Azərbaycana qarşı təxribat alınmadı

Rövşən Novruzoğlu,

politoloq, Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert, professor

Araşdırma materiallarımız davam edir. Qərbdə, o cümlədən Şərqi Avropada və Asiyada geniş şaxələnmiş, Lonıdonda, Kölndə, Milanda, Parisdə, Tokioda, Çində…  Düşənbədə, Aşqabadda, Rusiya Federasiyasında özünün təxribatçı özəklərini quran, bilavasitə insanların ən ali hiss və bəşəri duyğuları ilə, “Böyük Ermənistan” adı ilə alverə çıxan, erməni separatçılarının çoxluq təşkil edilib.

 

Yeri gəldikcə hər vasitə ilə ailələri zəbt etməyə çalışan “Word Wision” dini təriqətinin üzvləri ən isti yeri Azərbaycanda rahatca tapdılar. Təriqətin fəallarından olan, inzibati-ərazi məsələlərinə baxan Maykl Federik adlı birisinin “Azərbaycanda ermənilər və ona meyillər” adlı kitabçası da geniş yayıldı. Nə qədər qəribə olsa da, islam dinini bilavasitə təhqir edib alçaldan, onun peyğəmbərlərini ələ salıb ayama qoşan bu cənabın “kitabça”sı Bakıda, eləcə də bir sıra rayonların (Gəncənin, Şamaxının, Zatalanın) məscidlərində də mütaliə olundu. Kitabın 13-cü səhifəsində yazılır: “…zorakılıq, güclə biz öz istəklərimizi qəbul etdirməliyik… Biznə istəyirik?.. Mən, yəni öz dininin nicat yollarını görən və bilən cənab Maykl Manukyan nə istəyir?.. Mənim bir istəyim, bir arzum var… Azərbaycan kimi neft ölkəsi olan bir diyar, hər şeydən əvvəl, öz mənəviyyatındakı kəm-kəsiri düzəltməli və qəribə meyl etməlidir. Taleyini, mənəvi dünyasını bizimlə bağlamalıdır. Bu, onun gələcəyidir.Yoxsa şiəlik…, İslamdan yapışıb qalmaq onun üçün fəlakətdən başqa bir şey deyil… Biz insanlara zülmü, kasıbçılığı… unutdurur, əvəzində İsanın nurunu bəxş edirik…”

Maraqlı çağırışdır. Təəssüf ki, bu çağırışa vaxtilə mənəvi dəyərlərini, əxlaqi görüşlərini qəpik-quruşa satan bəzi insanlarımız da qoşulmuşlar (elm adamlarımızdan iki nəfəri bu təriqətin üzvü olmuş və islam dinindən üz çevirmişlər. Bu erməni təriqət isə həmin şəxslərə qəbul üçün 175 dollar verib, gündə iki dəfə yeməklə təmin olunmasına şərait yaradıb. Təriqətdə isə yeməklər “ermənilərə dua”dan sonra verilir, xaçı öpüb, bağrına basandan sonra şirin çay içirilir)

Nə edəsən ki, bütün bunlar gözümüzün qarşısında baş verir. “Gideon qardaşlığı”, “İxtus” kimi dini təriqətlərin sayı ilə bilinmir. Bilinmir ona görə ki, bu təşkilatlardan olan “İxtus”un artıq Bakının Nizami, Xətai rayon ərazilərindəki evlərdə, ayrı-ayrı mənzillərdə ibadət ocaqları qurulub. Əslən ingilis olan Marqaretta və Yeva Cons bacılarının bu mənzillərdə, necə deyərlər, “tas qurub” adamları, xüsusən qocaları, əlsiz-ayaqsızları, yetimləri, kimsəsizləri xaç suyundan keçirib xristianlaşdırmasına nə qədər acı da olsa, etinasız yanaşılır. Çünki xristian bacılar üçün fərqi yoxdur… qoca olsun, ya cavan… azərbaycanlıdır, vəssalam… Xatırladım ki, 1975-ci ildə təməli Vaşinqtonda qoyulan bu təşkilatın başında vaxtilə İranda rezidenturada işləmiş, milliyyətcə erməni olan Keyn Tayler yan adlı istefada olan kəşfiyyat polkovniki durur. ABŞ ərazisində də bu təşkilat İran mənşəli azərbaycanlılara qarşı hücuma keçir. Bakıdan Vaşinqtona, Nyu-Yorka axışan (təhsil və ya biznes dalınca) adamlara öz “xeyriıyyəçiliyini” səxavətlə göstərir. Nəticədə Bakıdan təhsil dalınca gedən azərbaycanlı balası dilini, dinini və əqidəsini dəyişmiş şəkildə, daha doğrusu, itirmiş şəkildə Bakıya – geriyə dönür…

Adamların mənəvi dünyalarını satın alıb, onları iflic edib, şikəst qoyan təriqət başçıları sərbəst, rahat şəkildə ən nüfuzlu dövlət orqanlarına girir-çıxır, istənilən sənədlərə qol çəkdirir, istənilən adamlarla görüşür. Bu onlar üçün çox asan başa gəlir. Bu günlərdə Müqəddəs Qurani-Kərimi yandıran, insanların gözü qarşısında onu təhqir edən”Həyat sözü” (İsveç) təşkilatının başçısı olan, əslində, regionda tamam başqa işlər görən Mats-yan Sedelberq İsveçdəki Baş Qərargahına tez-tez məlumat verir ki, “mən Nazirlər Kabinetində… lazımi görüşlər keçirdim. Hər şeyi sənədləşdirdim”. Nəhayət, Bakının Sabail rayon ərazisində təriqətçilərin abırsız “kilsə oyunu” peyda oldu… Təriqətçi “informasiya mənbəyinə” nəzarət edən Pyer Yuxnson adlı birisi və bu abırsız “kilsə oyunu”nda azərbaycanlıları təhqir etdi, onların mənəviyyatını alçaltdı və sonra hər şey 25 dollarla bitdi. “Həyat sözü İnterneşnl” belnəlxalq təriqətçi kilsəsinin nümayəndələri tərəfindən yaradılıb… Bu təşkilatın “Qərargah: İçərişəhər, Voyenni nümayəndəliklərini Saatlı, Sabirabad və Biləsuvar… şəhərciklərində yaratmaq üçün respublikanın Nazirlər Kabinetinə də rəsmi müraciət etdilər. Həmin rəsmi mətkubda göstərilir ki, təşkilat Azərbaycanda xeyriyyəçi məqsədlər üçün 102 min dollar xərcləyib…

Artıq Azərbaycanda 14 min 560 nəfər azərbaycanlı imanlarını itiriblər. Bakıdakı Bibliya İnstitutunun bu gün 2088 tələbəsi var. Artıq 286 azərabaycanlı “papaz” adına layiq görülüb… (?)

Araşdırmalarımıza görə İsveçdə milli münasibətlərdə aranı qarışdıran dinlər arasında qarşıdurmalar yaradan və əsasən ermənilərdən ibarət təşkil olunmuş “həyat sözü” dini mərkəzi üzvləri artıq 25-ci dəfədir ki, Müqəddəs Qurani-Kərimi yandırır, onu təhqir edirlər.

“Həyat sözü” artıq Azərbaycn sərhədlərinə yaxınlaşıb. Bu dini ekstremist təşkilat məlumata görə hər il Mərrrəm ayında dini liderlər, ictimai-siyasi xadimlərə qarşı terror olunmasında”Səmavi kitablara öd vurub, onu təhqir etməsində, qarşıdurmalarda aktiv olublar. Təşkilatın erməni üzvləri məlumata görə İsveçdən sonra Azərbaycan ərazisini seçmişdilər. İsveçdən sonra təxribatçılar torpaqlarımızı işğaldan, erməni üzvlərinin əlinə Bakıda və Gəncədə Qurani-Kərimin  yandırılmasını, məscidlərin dağıdılmasını təşkil etməli idilər.

Lakin yarana biləcək qarşıdurmaların qarşısı artıq alındı.

Azərbaycan XİN-nin və ölkə başçısının sərt mövqeləri, ardıcıl bəyanatları Azərbaycan ərazilərində şiə müsəlmanlarına qarşı qurulan erməni hiyləgərliyinin qarşısını aldı.

RF-nın Təhlükəsizlik Şurasında keçirilən iclaslarda Rusiya ərazisində fəaliyyət göstərən və üzvlərinin əksəriyyəti Bakıdan gedən ermənilər olan təxribatçı ermənilərin əsas mərkəzlərindən olan və qapalı fəaliyyətə keçən “Sapasar, Basdasar…” erməni təşkilatı üzvlərinin Azərbaycana gəlməsi Rusiya tərəfdən qadağan olundu…

 

Share: