Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru dünyasını dəyişib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev bu gün dünyasını dəyişib.

Müstəqil.Az  xəbər verir ki, Ç.Əliyev 1963-cü ildə Bakıda anadan olub. 2013-cü ilin dekabrında Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.

Ölkə başçısının 24 iyul 2015-ci il tarixli  Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib. “Donanmanın fəxri işçisi” olan Çingiz Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb, prezidentin 21 oktyabr 2018-ci il tarixli sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Müstəqil.Az


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share:

Deprecated: Calling get_parent_class() without arguments is deprecated in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/comments.php on line 2152