Müstəqil.Az bildirir ki,hal hazırda Praqada Telekommunikasiya və poçt Administrasiyalarının Avropa Konfransının (CEPT) Avropa İdarəsi tərəfindən 12-15 iyun tarixlərində Avropa üzrə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransına hazırlıq iclası keçirilir.
Qeyd edək ki, ölkəmiz BTİ-nin Şurasına növbəti illər üzrə namizədliyini irəli sürmüşdür.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin əməkdaşı Tamara Həsənova və Dövlət Radiotezliklər İdarəsinin Beynəlxalq Əlaqələr və Koordinasiya Şöbəsinin əməkdaşı Rəxşəndə Daşdəmirova bu tədbirdə iştirak edib, ölkəmizi təmsil etməkdədirlər.
Hal hazırda səfərdə olan əməkdaşlarımızın verdiyi məlumata əsasən digər ölkələrin təkliflərinə nümayəndələrimiz tərəfindən baxılmış və müsbət hesab etdiyimiz ölkələrin təkliflərinə dəstək verilmişdir.
Tədbirə aid fotolar: